Course

Current Status
Not Enrolled
Price
Free
Get Started

“WAN-IFRA”nın “Rəqəmsal Əlifba” seriyasının 5-ci hissəsi olan Modul E “Xəbərlər qurumunda Sİ dövrü”nə xoş gəldiniz! Bu Modul “EU4 Müstəqil Media” proqramının bir hissəsi kimi, Avropa İttifaqının dəstəyi ilə mümkün olmuşdur.

Sİ alətlərinin və onlardan istifadə üsullarının artdığı bir şəraitdə kütləvi informasiya vasitələri bu alətlərin, xüsusilə generativ Sİ-lərin tətbiqi ilə bağlı bir çox etik və praktik əhəmiyyətli məsələlərin həllinə hazır olmalıdır. Xəbərlər qurumlarında məhsuldarlığı və səmərəliliyi artırmaq, daha geniş auditoriya cəlb etmək üçün SI alətlərindən necə istifadə oluna bilər? Sİ alətlərinə etibar edərkən etik cəhətdən nələr daha çox nəzərə alınmalıdır? Ümumiyyətlə, xəbərlər qurumlarında Sİ-dən istifadə sahəsində hansı qaydalar və siyasətlər tətbiq edilməlidir? Bu 5 hissəli modul özünütəlim, məşqçi ilə canlı iş və qrup halında webinar sessiyaları kimi formaları birləşdirməklə, xəbərlər qurumlarının menecerlərinə və jurnalistlərinə bacarıqlarını inkişaf etdirmək üçün yığcam, praktik və aktual materiallar təklif edir.

“Rəqəmsal Əlifba” haqqında daha ətraflı

“WAN-IFRA Xəbərlərdə Qadınlar“ proqramnın “Rəqəmsal Əlifba” seriyası rəqəmsal strategiyanı həyata keçirmək üzrə onlayn təlim kursudur. Bu kurs beş moduldan (A, B, C, D və E) və ümumilikdə təxminən 40 dərsdən ibarətdir. Modul A “Rəqəmsallığın əsasları”, Modul B “Rəqəmsal yetkinlik və strategiya”, Modul C “Dəyişikliyi idarə etmək”, Modul D “Məzmun strategiyası” və Modul E “Xəbərlər qurumlarında Sİ dövrü” mövzusundadır. A, B, C və D modulları İsveç Beynəlxalq İnkişaf Əməkdaşlıq Agentliyinin (SİDA) dəstəyi ilə ”Xəbərlərdə Qadınlar” proqramı çərçivəsində hazırlanmışdır. Modul E isə Avropa İttifaqının dəstəyi sayəsində “EU4 Müstəqil Media” proqramının bir hissəsi kimi hazırlanmışdır.

Rəqəmsal jurnalistika bizim reallığımızın bir hissəsidir və bu mühitdə uzun müddət sağ qala bilmək üçün bütün media peşəkarları rəqəmsal strategiyanı anlamalı, öz təşkilatlarında müvafiq dəyişiklik etməyə hazır olmalıdırlar. Qlobal pandemiya, iqlim böhranı və ortaya çıxan Sİ texnologiyaları buna ehtiyacın zəruriliyini artırmışdır.

WIN bu kursu media təşkilatlarında çalışan komandaları rəqəmsal yayımın ənənəvi jurnalistikaya böyük təsiri barədə məlumatlandırmaq və ən önəmlisi, çap formasından rəqəmsal yayıma keçid zamanı yeni bilikləri konkret və praktik şəkildə necə tətbiq etmək lazım olduğunu onlara göstərmək üçün tərtib etmişdir.

Kurs əsasən özünütəlim, bununla bərabər qrup müzakirələri və toplantılar şəklində qurulmuşdur. Hər dərsin başlanğıcında təqdim edilən konsepsiyaları, müzakirə olunan vacib məqamları qeyd edin ki, hansı suallara cavab axtardığımız barədə mümkün qədər dəqiq təsəvvürünüz olsun.

×